ABŞ Diego Qarsiya hərbi bazasına B-2 bombardmançıları göndərir

ABŞ ordusu son günlərdə Hind Okeanında yerləşən strateji Diego Qarsiya hərbi bazasına B-2 “Spirit” stels bombardmançılarını və tanker təyyarələrini sürətlə cəmləşdirməyə başlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Whiteman Hava Bazasından havaya qalxan 3 ədəd B-2 bombardmançısı bir neçə gün əvvəl Avstraliya üzərindən uçaraq Diego Qarsiyaya enib. Daha 3 və ya 4 B-2 bombardmançısının da eyni marşrut üzrə uçuşuna icazə verilib.
Bundan əlavə, bölgəyə çoxsaylı yanacaqdaşıyan (tanker) təyyarələrin də göndərildiyi müşahidə olunur. ABŞ-ın bu addımı regionda hərbi aktivliyin artmasına səbəb olub.
09:34 26.03.2025
Oxunuş sayı: 1608