Zelenski reytinqinin artdığını bildirib

Ukrayna lideri Tramp və Venslə baş verən mübahisəli görüş haqda danışdı.
Ukrayna Prezidenti Volodimir Zelenski ötən ay Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Venslə keçirdiyi gərgin görüşdə ölkəsinin şərəfini müdafiə etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, o bu barədə "Time" jurnalına müsahibəsində deyib.
"Ukraynalılar müharibənin əvvəlində niyə özlərini müdafiə etdilər? Bu, ləyaqət məsələsi idi. Görüşdən sonra reytinqim əhəmiyyətli dərəcədə artıb. Biz özümüzü hansısa supergüc hesab etmirik. Əksinə, biz emosional xalqıq və ləyaqətimizə, azadlığımıza, demokratiyamıza toxunanda birləşirik və ayağa qalxırıq", - o bildirib.
Yanvarın 20-də Trampın inauqurasiyasından sonra Vaşinqtonun Ukraynaya dəstək siyasəti qeyri-müəyyən olaraq qalıb. Tramp dəfələrlə Kiyev rəhbərliyinə qarşı açıq tənqidi mövqe sərgiləyib və bu fikir ayrılığı Oval kabinetdəki görüşdə daha da aydın hiss olunub.
14:55 25.03.2025
Oxunuş sayı: 806