Rusiya və ABŞ arasında ekspertlər qrupunun görüşü faydalı oldu

Rusiya və ABŞ-nin ekspertlər qruplarının görüşündə dialoq çətin olsa da, iki ölkə üçün faydalı oldu.
Crossmedia.az TASS nəşrinə istinadən xəbər verir ki,görüşdə bir çox məsələlər müzakirə edilib. Həmçinin açıqlama verən Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, Rusiya nümayəndə heyətinin üzvü Qriqori Karasin bildirib ki, “Görüşdə hər şey müzakirə olundu, çətin və zəngin dialoq oldu, amma həm bizim, həm də amerikalılar üçün faydalı oldu. Bir çox məsələni müzakirə etdik. Təbii ki, hər şeyi həll edə bilmədik, hər mövzuda razılaşmadıq, amma bu görüşün keçirilməsi, yeni administrasiyanın və yeni siyasətçilərin iştirak etdiyi bir vaxtda çox vacib oldu”.
Karasin, Rusiya və ABŞ arasındakı danışıqların BMT və müxtəlif ölkələrin iştirakı ilə davam edəcəyini də əlavə edib.
Zəhra Məmmədova
12:10 25.03.2025
Oxunuş sayı: 1056