Somali Prezidentinin Sarayı yaxınlığında partlayış baş verib

Somali Prezidenti Həsən Şeyx Məhəmmədin korteji Prezident Sarayından çıxarkən paytaxt Moqadişoda güclü partlayış baş verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı xəsarət almayıb.
Hadisə Prezident Sarayına yaxın Əl-Qaabta yolayrıcında qeydə alınıb. Partlayış nəticəsində ölən və yaralananlar var. Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.
Qeyd edək ki, hücumun məsuliyyətini "Aş-Şabab" terror qruplaşması öz üzərinə götürüb. Buna baxmayaraq Prezident Həsən Şeyx Məhəmməd səfər planını dəyişməyib və "Aş-Şabab"a qarşı hərbi əməliyyatların aparıldığı Orta Şabel bölgəsinə yola düşüb.
Xumar Emilqızı
19:05 18.03.2025
Oxunuş sayı: 893