Polşa XİN: Macarıstan Aİ-nin Ukraynanın üzvlüyə qəbulu ilə bağlı danışıqlarına mane olur

Budapeşt Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı Brüssel və Kiyev arasında danışıqların başlamasına mane olur.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Aİ Xarici İşlər Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
“Bu, uzunmüddətli müttəfiqimiz Macarıstanın qərara mane olduğu başqa bir məsələdir”, - o deyib.
Eyni zamanda, Sikorski vurğulayıb ki, Budapeşt həmçinin Ukrayna üçün Avropa Sülh Fondunun vəsaitlərinin dondurulmasına qarşı çıxmaqda davam edir. “Amma hər bir halda Polşa icmaya sədrliyi başa çatana qədər Aİ və Ukrayna arasında danışıqların birinci və ikinci mərhələlərinin başlanacağına ümid etməkdə davam edir”, - nazir qeyd edib.
23:20 17.03.2025
Oxunuş sayı: 666