Pentaqondan Yəmənlə bağlı sərt bəyanat: "Böyük və öldürücü güc tətbiq edəcəyik”

Pentaqon Yəməndə həyata keçirdiyi əməliyyatlarla bağlı rəsmi açıqlama yayıb. Crossmedia.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bəyanatına görə, Yəməndə nəzərdə tutulan hədəflərə çatana qədər genişmiqyaslı və dağıdıcı gücdən istifadə ediləcək.
Bəyanatda qeyd olunub ki, ABŞ-ın hücumları Yəməndə rejim dəyişikliyini hədəfləmir və sonsuza qədər davam etməyəcək.
Pentaqonun bəyanatından önəmli məqamlar:
Yəməndəki hava hücumları zamanı təlim mərkəzləri də daxil olmaqla 30-dan çox husi hədəfi vurulub.
İranın HƏMAS və Hizbullaha yardım göndərdiyi, husiləri isə kəşfiyyat və döyüş sistemləri ilə təmin etdiyi bildirilib.
ABŞ qüvvələrinin hədəfləri arasında husilərə məxsus təlim obyektləri, pilotsuz uçuş aparatları infrastrukturu, silah istehsalı müəssisələri, komanda və idarəetmə mərkəzləri yer alıb.
Hava zərbələri nəticəsində onlarla husi yaraqlısının məhv edildiyi bildirilib.
Pentaqonun sözçüsü əlavə edib ki, əməliyyatlar husilərin təhlükə yaratmaq potensialını zəiflətmək məqsədi daşıyır və gələcək hücumların qarşısını almaq üçün davam etdiriləcək.
23:50 17.03.2025
Oxunuş sayı: 610