Pavel Durov Fransadakı araşdırma davam edərkən Dubaya qayıtdı

Pavel Durov Fransadakı araşdırma davam edərkən Dubaya qayıtdı. Telegram messenceri ilə tanınan Pavel Durov, Fransada keçirdiyi bir neçə aydan sonra Dubaya qayıdıb. Bu barədə məlumatı o, öz Telegram kanalında paylaşdı.
Durov, "Yəqin ki, eşitmisiniz, mən Fransada keçirilən bir neçə aydan sonra Dubaya qayıtdım. Bu, Telegram-da cinayət fəaliyyəti ilə bağlı araşdırma ilə əlaqədardır. Proses davam edir, amma evdə olmağın verdiyi hiss əladır" – deyə qeyd edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, həmçinin, Durov hakimlərə, vəkillərə və Telegram komandası üzvlərinə təşəkkür edərək, "Telegram-ın illər ərzində, həmçinin moderasiya, əməkdaşlıq və cinayətə qarşı mübarizə məsələlərində hüquqi öhdəliklərini yalnız yerinə yetirməklə qalmayıb, hətta onlardan da üstün olmağa çalışdığını" vurğulayıb.
Pərvin Hacıyeva
17:17 17.03.2025
Oxunuş sayı: 700