Misirdə tarixi kəşflər: 3 500 ildən qədim kral məzarı və Roma dövrünə aid çömək rmalatxanası tapıldı

Misir turizm və qədim abidələr nazirliyi cənub bölgəsində iki əhəmiyyətli arxeoloji kəşfin aşkar edildiyini bildirdi.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Pensilvaniya Universitetindən olan arxeoloji qrup, Abydosdakı Cebel Anubis nekropolunda ikinci ara dövrə aid, eramızdan əvvəl 1700-1600-cü illərə tariхlənən bir kral məzarını tapıb.
Eyni zamanda, Yüksək Qədim Abidələr Şurasına bağlı digər arxeoloji qrup cənubdakı Banavit kəndində Roma dövrünə aid bir çömək emalatxanası aşkar edib. Rəsmi məlumatlarda bu atölyənin antik dövrdə Doqquzuncu bölgəyə çömək və şüşə tədarük edən ən böyük istehsal mərkəzlərindən biri olduğu vurğulandı.
Nazirlik, “Bu iki kəşfin açıqlanması yalnız Misirin turizm müxtəlifliyini tanıtmaqla kifayətlənməyəcək, həm də qədim Misir sivilizasiyasını dünyaya daha yaxşı çatdıraraq, araşdırmaçılara dəyərli məlumatlar təqdim edəcək” ifadəsini istifadə edib.
Mədinə Cəlilova
17:07 17.03.2025
Oxunuş sayı: 717