ABAD məhsulları Amerika bazarında

Ailə Biznesinə Asan Dəstək – “ABAD”ın məhsulları Amerika Birləşmiş Ştatları bazarına ixrac olunub və satışına başlanılıb. Həmin məhsullara bal, mürəbbələr, souslar, çay və fıstıq kimi qida məhsulları daxildir.
Əsas məqsəd Azərbaycan mətbəxinin zəngin dadlarını dünya miqyasında tanıtmaq və yerli brendləri geniş alıcı kütləsinə təqdim etməkdir.
Crossmedia.az Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, “ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təsərrüfatçı ailə ilə başlayıb və bu günə kimi 657 ailəyə dəstək tədbirləri həyata keçirilib. Onlardan 493-ü sənətkar, 142-si qida, 22-si isə digər sahələr üzrə fəaliyyət göstərib. “ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə sənətkarlıq, qida və digər müxtəlif növ məhsulları satışa çıxarılıb.
14:34 17.03.2025
Oxunuş sayı: 759