İsrail Beyt Lahiyaya hücum etdi: Ölənlər var

İsrail ordusunun Qəzzanın şimalındakı Beyt Lahiya qəsəbəsinə endirdiyi hava zərbəsi nəticəsində 9 nəfər həlak olub.
Crossmedia.az xəbər verir ki, hücumun əsas hədəfi yardım təşkilatının əməkdaşları olub.
Qeyd edək ki, hücum HƏMAS liderlərinin Qahirədə vasitəçilərlə atəşkəs müzakirələri apardığı bir vaxtda baş verib.
Şahidlərin verdiyi məlumata görə, hücumun əsas hədəfi bir avtomobil olub. Maşında və ətrafında çox sayda insan ağır yaralanıb. Hücum zamanı ölənlər arasında iki yerli jurnalist də var.
Hədəf alınan avtomobildə “Al-Khair Vakfı” adlı xeyriyyə təşkilatının əməkdaşları olub. Onlarla birlikdə jurnalist və fotoqrafların da olduğu bildirilir.
Mədinə Cəlilova
12:10 17.03.2025
Oxunuş sayı: 601