Serbiya polisi nümayişçilərə güc tətbiq etməkdə ittiham olunur

Serbiya polisi Belqradda keçirilən son etiraz aksiyaları zamanı uzun mənzilli akustik cihaz (LRAD) yəni səs silahı tətbiq etməkdə ittiham olunur.
Crossmedia.az Serbiya mətbuatına istinadən xəbər verir ki, bir dəqiqəlik sükut anında eşidilən kəskin səs dalğası panika və yaralanmalara səbəb olub. Etirazçılar eşitmə itkisi yaşadıqlarını bildiriblər. Müxalifət nümayəndələri isə güc tətbiqinə görə cinayət işi qaldıracaqlarını açıqlayıblar.
Prezident Aleksandar Vuçiç, bu iddiaları “yalan” adlandırıb.
LRAD nədir?
Adi səsgücləndiricilərdən fərqli olaraq, LRAD-lar səsi dar və bir istiqamətdə yayır. Bu cihazlar təxminən 30 dərəcəlik bir konus daxilində təsir edir. Ətrafdakı digər bölgələrə təsiri isə minimum olur.
LRAD-lar 1 metr məsafədə 160 dB-ə qədər səs yaya bilir. Bu isə təyyarə mühərrikindən və ya yaxın məsafədə açılan atəşdən daha yüksəkdir.
11:55 17.03.2025
Oxunuş sayı: 607