Pakistanda terror hücumu: 7 ölü, 35 yaralı

Pakistanın Bəlucistan vilayətində terrorçular avtobus karvanına hücum edib. "Bəlucistan Azadlıq Ordusu" (BLA) tərəfindən həyata keçirilən hücum zamanı partlayıcı qurğu işə salınıb və intiharçı özünü partladıb. Nəticədə 3-ü Sərhəd Korpusu əsgəri olmaqla, ümumilikdə 7 nəfər həlak olub, 35 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Geo News telekanalının təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat verilib.
Belə ki, hadisə bazar günü səhər saatlarında baş verib. Əsgərlər dərhal cavab atəşi açaraq 3 silahlını zərərsizləşdiriblər. Hücumda iştirak edən intiharçı da hadisə yerində ölüb.
Qeyd edək ki, Bəlucistan Azadlıq Ordusu Pakistanda fəaliyyət göstərən separatçı qruplaşmalardan biridir və bölgədə oxşar hücumlarla tanınır.
Fatimə Məmmədova
09:16 17.03.2025
Oxunuş sayı: 622