KİV: Tramp gözləmirdi ki…

ABŞ Prezidenti Donald Tramp danışıqlarda şansını tamamilə əldən verib. O gözləmirdi ki, onun təhdidləri yalnız yarı nəticə verəcək.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniyanın Köln Universitetindən politoloq Tomas Yaqer bildirib.
“Ukrayna təslim oldu - asan idi, çünki Trampın təsir rıçaqları var idi. Amma onun həmkarı Vladimir Putinə qarşı heç nəyi yoxdur. Tramp Ukraynada müharibəni bir gündə bitirmək vədini yerinə yetirməyib. Üstəlik, Putin Amerika prezidentinin atəşkəs təklifini faktiki olaraq rədd edib. Politoloqun fikrincə, Kreml rəhbəri danışıqların uzanmasından Qərbi parçalamaq üçün istifadə edir. Eyni zamanda heç bir sanksiya artıq Rusiyanı dayandıra bilməz. Trampın Putinə olan ehtiyacı onun Ukraynaya olan marağından daha çoxdur”,- deyə o bildirib.
Nəzrin Salmanova
09:52 17.03.2025
Oxunuş sayı: 720