Serbiyada kütləvi etirazlar: Vuçiç istefadan imtina etdi



Martın 15-i Serbiyanın paytaxtı Belqradda hökumət əleyhinə kütləvi mitinq keçirilib. Belə ki, etirazçılar prezident Aleksandar Vuçiçin istefasını tələb ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Məlumata görə, aksiyada 107 min nəfər iştirak edib, lakin real rəqəmin 325 minə qədər olduğu bildirilir.
Xatırladaq ki, Vuçiç etirazların xaricdən idarə olunduğunu iddia edərək, bu aksiyanı “qanunsuz” adlandırıb. Lakin yüz minlərlə insanın küçələrə çıxmasından sonra o, ritorikasını dəyişib.
Qeyd edək ki, prezident etirazçıların mesajının “aydın olduğunu” və hökumətin bundan dərs çıxarmalı olduğunu deyib. O, həmçinin hakimiyyətin dəyişikliklər etməsinin vacibliyini vurğulayıb.
Fatimə Məmmədova
21:51 16.03.2025
Oxunuş sayı: 1447