İlon Maskın daxili çevrəsi: Kimlər bu qrupa daxildir?

İlon Mask uzun illər ərzində öz şirkətləri vasitəsilə texnologiya dünyasında geniş bir ekosistem formalaşdırıb. Bu sistem yeni mühəndislərin yetişməsi üçün inkubator rolunu oynamaqla yanaşı, Maskın yaxın çevrəsinin formalaşmasına da imkan yaradıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Maskın daxili çevrəsində Tesla, SpaceX və digər texnologiya şirkətlərində təcrübə qazanmış mütəxəssislər, eləcə də Silikon Vadisinin aparıcı texnologiya mütəxəssisləri yer alır. Onların bəziləri ABŞ federal hökuməti ilə sıx əlaqədə olan Dövlət Effektivliyi Departamenti (DOGE) ilə işləyir.
Mütəxəssislərin fikrincə, Maskın texnologiya sahəsində təsiri təkcə onun şirkətləri ilə məhdudlaşmır. Onun çevrəsində olan şəxslər, texnologiya sənayesində geniş əlaqələrə və təsir gücünə malikdirlər.
Hazırda bu qrupun fəaliyyəti və onun ABŞ hökuməti ilə münasibətləri diqqət mərkəzindədir. Muskın bu şəxsləri necə seçdiyi və onların hansı məqsədlərə xidmət etdiyi isə açıq sual olaraq qalır.
Zeynəb Yunuszadə
20:14 16.03.2025
Oxunuş sayı: 765