Qəzzada ölənlərin sayı 48 572-yə çatdı

İsrailin 7 oktyabr 2023-cü ildə başladığı hərbi əməliyyatlar nəticəsində Qəzza zolağında həyatını itirənlərin sayı 48 572 nəfərə yüksəlib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda İsrail ordusunun hücumları nəticəsində 14 mülki vətəndaş həlak olub, daha əvvəlki hücumlardan sonra dağıntılar altında qalan 15 nəfərin cəsədi çıxarılıb.
Son rəqəmlərlə birlikdə Qəzzada ölənlərin ümumi sayı 48 572 nəfərə, yaralıların sayı isə 112 032 nəfərə çatıb.
Son hücumlardan sonra 51 yaralı xəstəxanalara çatdırılıb. Bölgədə axtarış-xilasetmə işləri davam edir. Hədəf alınan binaların dağıntıları altında hələ də çox sayda insanın olduğu bildirilir.
İsrail ordusunun Qəzza zolağındakı intensiv hücumları davam edir.
Aybəniz Səfərova
17:56 16.03.2025
Oxunuş sayı: 502