16 Mart -Beynəlxalq Panda Günü

Martın 16-sı Beynəlxalq Panda Günüdür.
Crossmedia.az xəbər verir ki, pandarlar Çinin dağlıq bölgələrində yaşayan və əsasən bambukla qidalanan, qara-ağ rəngləri ilə məşhur heyvanlardır.
XX əsrdə meşələrin qırılması və brakonyerlik səbəbindən onların sayı kəskin azalıb.
Qeyd edək ki, mühafizə tədbirləri onların sayının bərpasına kömək edib və 2021-ci ildə onların statusu "nəsli kəsilmək təhlükəsi altında" kateqoriyasından "həssas" kateqoriyasına qaldırılıb.
2019-cu ildən bəri Zhui və Din Din pandaları Moskva Zooparkında təbii yaşayış mühitlərinə yaxın şəraitdə yaşayır.
Nəzrin Salmanova
23:39 16.03.2025
Oxunuş sayı: 786