KİV: “Tramp Putindən xahiş edib ki...”

ABŞ Prezidenti Donald Tramp martın 14-də bildirib ki, Kursk vilayətində minlərlə ukraynalı hərbçi tam mühasirədədir. O, bu vəziyyətlə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, ukraynalı hərbçilərin həyatının qorunmasını xahiş etdiyini bildirib.
Crossmedia.az xarici KİV- istiandən xəbər verir ki, daha sonra Putin Trampın müraciəti ilə tanış olduğunu və təslim olan Ukrayna hərbçilərinə "həyat və ləyaqətli davranış" təmin ediləcəyini bəyan edib.
Lakin müstəqil mənbələr bu iddiaları təkzib edir. Ukrayna hərbçilərinin Kursk vilayətində mühasirəyə düşməsi ilə bağlı xəbərlərin yalan olduğu bildirilir.
Xumar Əhmədova
19:36 16.03.2025
Oxunuş sayı: 659