Finlandiya prezidenti:Putin Ukraynada sülh istəmir

"Putin nə atəşkəs, nə də sülhə can atır. Onun əsas məqsədi, yəni Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü məhv etmək qətiyyən dəyişməyib", - Aleksandr Stabb bildirib.
Crossmedia.az bu məsələ ilə bağlı xarici KİV-ə istinadən məlumat verir.
Eyni zamanda o, Qərbin təzyiqinin Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcəyinə ümid etdiyini bildirib.
“Ümid edirəm ki, biz Qərbin Rusiyanı atəşi dayandırmağa məcbur etmək üçün təzyiqlərini davam etdirə bilərik”, - Finlandiya prezidenti əlavə edib.
18:20 16.03.2025
Oxunuş sayı: 545