Kanada F-35 qırıcılarına alternativ axtarır

Kanadanın müdafiə naziri Bill Blair, Donald Trampın xarici siyasəti fonunda Kanada hökumətinin ABŞ istehsalı olan F-35 qırıcılarına alternativlər axtardığını açıqlayıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Kanada daha əvvəl 88 ədəd F-35A döyüş təyyarəsi almağı planlaşdırırdı.
Layihənin ümumi dəyəri təxminən 19 milyard dollar qiymətləndirilirdi.
Bu açıqlama, Kanadanın gələcək hava qüvvələri strategiyasına və NATO çərçivəsində müdafiə planlarına təsir edə bilər.
23:55 16.03.2025
Oxunuş sayı: 775