Zelenski: Ukraynadakı Avropa qoşunları üçün aydın mövqe lazımdır

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa liderlərinə müraciət edərək, Ukrayna ərazisində hərbi birliklərin yerləşdirilməsi ilə bağlı aydın mövqe sərgiləməyə çağırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski Böyük Britaniyanın Baş naziri Keir Starmer və digər Avropa liderlərinə ünvanladığı çıxışında, təhlükəsizlik təminatları ilə bağlı qəti qərarlar qəbul etməyin vacibliyini vurğulayıb.
O, X sosial şəbəkəsində Qərb müttəfiqləri ilə keçirdiyi virtual görüşün görüntülərini paylaşaraq, “Birlik Ukrayna ərazisində yerləşdirilməlidir” ifadəsini işlədib.
Zelenski bu addımın həm Ukraynanın, həm də bütövlükdə Avropanın təhlükəsizliyi üçün vacib olduğunu qeyd edib.
Mədinə Cəlilova
00:58 16.03.2025
Oxunuş sayı: 1006