Ukrayna ordusu: Rusiya hücumda fəallaşır

Ukraynanın cənub bölgələrində vəziyyət getdikcə daha da təhlükəli hal alır. Rusiya qoşunları hücum əməliyyatlarını gücləndirərək artilleriya, raket və dron zərbələrinin sayını artırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Vladislav Voloşin "Biz – Ukrayna" telekanalına açıqlamasında bildirib.
"Cənubdakı vəziyyət kifayət qədər çətindir, çünki düşmən gərginliyi artırır. Hücum əməliyyatları, artilleriya və raket atışları, dron və aviazərbələrin sayı gündən-günə artır," – deyə o vurğulayıb.
Xüsusilə, Xerson və Pridneprovsk istiqamətlərində Rusiya ordusunun fəallığı artır. Voloşinin sözlərinə görə, fevralın əvvəlində bölgədə nisbi sakitlik müşahidə olunsa da, indi Zaporojye, Qulyaypol və Orexov istiqamətlərində də vəziyyət kəskinləşib.
O, Rusiya qoşunlarının aktivləşməsinə təsir edən əsas amillərdən birinin hava şəraitinin yaxşılaşması olduğunu da qeyd edib.
Xumar Əhmədova
22:58 15.03.2025
Oxunuş sayı: 1256