Merkel: Tramp Rusiyaya heyrandır

Keçmiş Almaniya kansleri Angela Merkel Rusiyanı güclü nüvə dövləti adlandırıb və bunun ABŞ-ın keçmiş prezidenti Donald Trampda müəyyən heyranlıq yaratdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Merkel “Berliner Zeitung” qəzetinə müsahibəsində bildirib.
O, Rusiyanın beynəlxalq siyasətdəki roluna və onun gücünə diqqət çəkərək, Trampın bu məsələyə xüsusi maraq göstərdiyini qeyd edib.
Xatırladaq ki, Tramp prezidentliyi dövründə dəfələrlə Rusiya və onun lideri Vladimir Putin barəsində müsbət fikirlər səsləndirib.
Mədinə Cəlilova
23:29 15.03.2025
Oxunuş sayı: 965