Ukrayna Belqorodda üç məntəqəni bombalayıb

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Rusiyanın Belqorod vilayətində yerləşən üç yaşayış məntəqəsinə hücum edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov "Telegram" kanalında məlumat yayıb.
Qladkovun sözlərinə görə, zərbələr Valuyki şəhəri, Qrayvoronski rayonunun Novostroyevka-Pervaya kəndi və Krasnoyarsk rayonunun Repyaxovka kəndinə endirilib.
İlkin məlumata əsasən, insan tələfatı qeydə alınmayıb. Hücum nəticəsində yaranan fəsadlarla bağlı məlumatlar dəqiqləşdirilir.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin son bir gecə ərzində Rusiya ərazisi üzərində yüzdən çox pilotsuz uçuş aparatını vurduğunu açıqlamışdı.
Nazirliyin məlumatına əsasən, onlardan 14-ü Belqorod vilayətində məhv edilib.
Aybəniz Səfərova
21:53 15.03.2025
Oxunuş sayı: 695