Almaniyada Tesla-ya maraq azalıb: 94% alıcı İmtina edir

Almaniyada aparılan sorğunun nəticələrinə görə, respondentlərin 94%-i Tesla avtomobili almaq istəmədiyini bildirib.
Crossmedia.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 100 min nəfərin iştirak etdiyi araşdırma markanın populyarlığının kəskin şəkildə azaldığını göstərir.
Bunun əsas səbəblərindən biri Tesla-nın qurucusu İlon Maskın Almaniyanın ifrat sağçı AfD partiyasına dəstək verməsi və bunun ətrafında yaranan siyasi mübahisələrdir.
Mütəxəssislər qeyd edirlər ki, bu mövqe brendin reputasiyasına ciddi zərbə vurub.
05:29 16.03.2025
Oxunuş sayı: 748