Özbəkistan prezidenti “Yaşıl Enerji” sazişini təsdiqlədi

Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i təsdiqləyib. Bu barədə Özbəkistan mediası Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Crossmedia.az saytı xəbər verir ki, saziş çərçivəsində istehsal olunan “yaşıl” enerjinin Xəzər dənizi vasitəsilə ötürülməsi nəzərdə tutulur. Layihənin Qara dənizlə birləşdiriləcək enerji kabeli ilə əlaqələndiriləcəyi bildirilir. Özbəkistanın Energetika Nazirliyi beynəlxalq sazişin icrasına cavabdeh qurum təyin edilib.
Qeyd edək ki, bu saziş 2024-cü il noyabrın 13-də Bakı şəhərində imzalanıb.
Zeynəb Yunuszadə
18:35 15.03.2025
Oxunuş sayı: 980