Trampın Xamneiyə göndərdiyi məktubun bir hissəsi AÇIQLANDI

ABŞ prezidenti Donald Trampın Ayətullah Xamneiyə göndərdiyi məktubun bir hissəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən açıqlanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Lavrovun sözlərinə görə, Tramp bu məktubda danışıqlar üçün ilkin şərt olaraq, İrandan Müqavimət Cəbhəsinə dəstəyi dayandırmasını tələb edib.
Qeyd edək ki, İranın Ali lideri Ayətullah Xamnei "Twitter" hesabında ABŞ ilə nüvə danışıqlarının ilkin şərtlərinə reaksiyası verib:
"Biz Fələstin və Livan müqavimətini bütün gücümüzlə dəstəkləməyə davam edəcəyik",- Xamneyi hesabında yazıb.
16:38 15.03.2025
Oxunuş sayı: 662