Maliyyə naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə, həmçinin bu təşkilata üzv olan ölkələrlə əməkdaşlığa böyük əhəmiyyət verir və təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.
Crossmedia.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir İƏT-in Baş katibi Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Qonaq Azərbaycanın İƏT-in fəal üzvlərindən olduğunu, ölkəmizin təşkilatın fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif təşəbbüslərlə çıxış etməsindən məmnunluğunu ifadə edib.
Görüş zamanı üzv ölkələr arasında ticarət, nəqliyyat, maliyyə, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində İƏT-in mühüm rol oynaya biləcəyi qeyd edilib, sahəvi nazirlərinin, o cümlədən maliyyə nazirlərinin toplantılarının, həmçinin üzv ölkələrin iş adamlarının iştirakı ilə biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, İƏT Ticarət və İnkişaf Bankının rolunun daha da artırılmasının, Bank tərəfindən regionda ticarət və nəqliyyat əlaqələrinin, həmçinin üzv ölkələrin iqtisadi inkişafına töhfə verəcək layihələrin maliyyələşdirilməsində yaxından iştirakının vacibliyi qeyd olunub.
15:12 15.03.2025
Oxunuş sayı: 735