Çin Siwei Gaojing-3-02 peykini orbitə buraxdı

Çin, Siwei Gaojing-3-02 adlı kommersiya məqsədli Yerə uzaqdan nəzarət peykini uğurla orbitə buraxıb.
Crossmedia.az Çin KİV-ə istinadən xəbər verir ki, Changzheng-2D daşıyıcı raketi, Çinin şimal bölgəsindəki Ciuçuan Peyk Buraxılış Mərkəzindən yerli vaxtla saat 12:11-də (GMT ilə saat 4:11) havaya qalxdı.
Siwei Gaojing-3-02 peyki ilə yanaşı, Tianyan-23 peyki də orbitə buraxıldı.
Pərvin Hacıyeva
16:10 15.03.2025
Oxunuş sayı: 842