Tramp, CNN və MSNBC-ni "korrupsioner" və "qanunsuz" olmaqda ittiham edib

ABŞ prezidenti Donald Tramp CNN və MSNBC KİV-lərini onun haqqında yaydıqları xəbərlərdə “qanunsuz” və “korrupsioner” olmaqda ittiham edib. Tramp, ABŞ-ın ədliyyə naziri qarşısında etdiyi çıxışda, "Haqqımda tam mənada 97,6 faiz pis xəbər verən CNN və MSNBC-nin Demokrat Partiyasının siyasi qanadları olduğuna inanıram", – deyə bildirib.
Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Tramp bu media orqanlarının “korrupsioner” və “qanunsuz" olduğunu düşündüyünü və siyasi nəticələrdən asılı olmayaraq medianın mənfi işıqlandırılmasının davam etdiyini bildirib.
Tramp, "Nə qədər böyük bir qələbə qazandığımın heç bir önəmi yoxdur. Tarixin ən böyük qələbəsini qazana bilərəm. Digər tərəfin hansı uğursuzluğa sahib olduğu heç bir fərq yaratmır",– deyə əlavə edib.
Tramp, 22 fevralda Truth Social sosial media platformasında etdiyi paylaşımda, "MSDNC kimi tanınan MSNBC, demokratiyamız üçün böyük bir təhdiddir. Bu kanalın başında pis niyyətli insanlar var və onlar çox sayda yalan və saxtakarlıq yayırlar", – demişdi.
Pərvin Hacıyeva
15:53 15.03.2025
Oxunuş sayı: 706