Avropanın yeni təhlükəsizlik arxitekturası: Türkiyənin rolu necə dəyişir?

İkinci Dünya Müharibəsindən bəri ABŞ-ın himayəsi altında formalaşan təhlükəsizlik və rifah mühiti yeni mərhələyə qədəm qoyur. Uzunmüddətli perspektivdə Avropa ölkələri ABŞ-dan asılılığını azaltmaq və öz təhlükəsizlik imkanlarını inkişaf etdirmək istiqamətində addımlar atmağa başlayıb.
Crossmedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri (XİN) Hakan Fidan deyib. “Bu proses Avropanın yeni təhlükəsizlik arxitekturasını formalaşdırmasına səbəb olur. Bu yenidənqurma Türkiyə də daxil olmaqla, Avropadakı bəzi güclərin mövqeyi və strateji parametrlərinə də təsir edir”.
Eyni zamanda, müzakirələrin əsas mövzularından biri Ukraynada mümkün sülh prosesinin necə həyata keçiriləcəyi məsələsidir. Bu proses, Avropanın yeni təhlükəsizlik yanaşmasının sınaq meydançası kimi qiymətləndirilir.
Mədinə Cəlilova
15:25 15.03.2025
Oxunuş sayı: 1140