Şimali Koreyanın raket sınaqları: Peyk görüntüləri dəqiqliyin artdığını göstərir

Yeni yayımlanan peyk görüntüləri, Şimali Koreyanın (KXDR) raket sınaqlarını həyata keçirdiyi hədəf kompleksini əks etdirib. Son aylar ərzində bu kompleksdə müxtəlif tipli raketlərin sınaqları aparılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, 26 fevralda qanadlı raketlərin sınaqları üçün istifadə edilən poliqon 10 martda ballistik raketlərin buraxılışı zamanı da işlədilib. Lakin bu dəfə sınaqların nəticələri ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
Görüntülərdə beton platformalar (25x25 metr ölçüsündə) üzərində birbaşa zərbələrin izləri qeydə alınıb. Bundan əlavə, hədəf bunkerlərindən birinin tamamilə dağıldığı müşahidə edilir.
Bu izlər və dağıntılar sınaqların yüksək dəqiqliklə həyata keçirildiyini və Şimali Koreyanın raketlərin tuşlama sistemlərini təkmilləşdirməyə davam etdiyini göstərir.
06:35 16.03.2025
Oxunuş sayı: 654