İranın keçmiş prezidenti: Xameneyi danışıqlara qarşı deyil

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi danışıqlar prinsipinə qarşı deyil. O, indi danışıqların əleyhinə ola bilər, lakin bir neçə aydan sonra razılaşması mümkündür.
Crossmedia.az xəbər verir ki, bunu İranın keçmiş prezidenti Həsən Ruhani deyib.
O bildirib ki, ABŞ-la İraq və Əfqanıstan məsələsində danışıqlar İranın ali rəhbərinin nəzarəti altında aparılıb.
Nəzrin Salmanova
12:04 15.03.2025
Oxunuş sayı: 555