İsrailin hücumlarında həlak olan jurnalistlərin sayı 206-ya çatdı

2023-cü ildən bu günə qədər həlak olan media nümayəndələrinin sayı 206-ya yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Qeyd edək ki, İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək 48 min 524 fələstinli həlak olub, onlardan 17 min 841-i uşaq, 12 min 298-i isə qadındır. Yaralı sayı 111 min 955 nəfəri ötüb. Minlərlə insanın isə dağıntılar altında qaldığı bildirilir.
Bundan əlavə, xəstəxana və təhsil ocaqları kimi mülki obyektlər hədəfə alınaraq infrastruktur da məhv edilir.
Fatimə Məmmədova
11:14 15.03.2025
Oxunuş sayı: 1170