Tailand 48 uyğuru Çinə ekstradisiya etdi

Tailand hökuməti Çin rəsmiləri ilə apardığı danışıqlardan sonra 48 uyğur müsəlmanın Çinə ekstradisiya edilməsi qərarını yenidən təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edək ki, ötən ay Tailand hökuməti müxtəlif diplomatik təmaslardan sonra uyğurların Çinə təhvil verilməyəcəyinə dair təminat verib.
ABŞ-nin dövlət katibi Marko Rubio isə Tailand rəsmilərinin bu qərarına cavab olaraq onların bəzilərinə qarşı sanksiyalar tətbiq edildiyini açıqlayıb.
Fatimə Məmmədova
11:18 15.03.2025
Oxunuş sayı: 572