Trampın xüsusi nümayəndəsi Moskvanı tərk edib

ABŞ sabiq prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvadakı 12 saatlıq səfərindən sonra Vaşinqtona yola düşüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, onun Rusiya paytaxtında Amerika səfirliyində olduğu və kortecinin Kreml yaxınlığında göründüyü bildirilir. Lakin Vitkoffun Rusiya prezidenti Vladimir Putinlə görüşüb-görüşmədiyi barədə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Putin də səhər saatlarında Kremli tərk edib. Səfərin məqsədi və müzakirə olunan məsələlər hələlik açıqlanmır.
10:10 14.03.2025
Oxunuş sayı: 764