Özbəkistan-Fransa münasibətləri yeni səviyyəyə qalxır

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Parisə rəsmi səfəri və Fransa lideri Emmanuel Makronla görüşü Avropa mediasında geniş işıqlandırılıb. Le Figaro və Euronews nəşrləri bu səfəri müsbət qiymətləndirərək, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş addımları vurğulayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Mirziyoyev və Makron ticarət və iqtisadi sahələrə xüsusi önəm verərək, strateji əməkdaşlıq imkanlarını araşdırırlar. Həmmçinin Daşkənd Moskva ilə ənənəvi sıx əlaqələrini qorumaqla yanaşı, Mirziyoyevin rəhbərliyi altında Qərblə daha fəal əməkdaşlığa keçid edib.
Le Figaro isə Özbəkistanda həyata keçirilən islahatları və yeni hakimiyyətin nailiyyətlərini vurğulayaraq, ölkədə demokratikləşmə prosesinin aktiv vətəndaş iştirakı ilə davam etdiyini bildirir. Nəşr hesab edir ki, Özbəkistan regionda demokratik inkişafın və idarəetmə islahatlarının nümunəsinə çevrilmək potensialına malikdir.
Mirziyoyevin Paris səfəri çərçivəsində Fransa ilə iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm razılaşmaların əldə olunacağı isə gözlənilməkdədir.
Zeynəb Yunuszadə
18:28 13.03.2025
Oxunuş sayı: 445