Azərbaycanda vergi orqanlarına müraciətlərin sayı fevralda 67 % artıb

Bu ilin fevral ayında Azərbaycandakı vergi orqanlarına 54 648 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,5 % çoxdur. Crossmedia.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, müraciətlərdən 96,9 %-i ərizə, 3 %-i şikayət, 0,1 %-i təklif olub.
Müraciətlərdən 78,4 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 21,6 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 61 %-i barədə müvafiq izahat verilib, 38,2 %-i həll olunub, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həll olunmuş 160 sayda faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri, ƏDV depozit hesabı, maliyyə sanksiyalarının silinməsi və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə şəhid ailələri və müharibə iştirakçılarından vergi orqanlarına 37 müraciət daxil olub. Müraciətlərdən 62,2 %-nin baxılması fevral ayı ərzində başa çatdırılıb, 37,8 %-i hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 65,2 %-i barədə müvafiq izahat verilib, 34,8 %-i həll olunub.
Ötən ay Dövlət Vergi Xidmətinin Aparatında vəzifəli şəxslər ümumilikdə 72 vətəndaşı qəbul edib, onların hər birinin müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.
10:54 12.03.2025
Oxunuş sayı: 742