Suriyanın yeni prezidenti : "Sizin qanınızı tökməyə həvəsimiz yoxdur"

Suriya Prezidenti Əhməd əl-Şaraa təhlükəsizlik qüvvələrinə və münaqişə zonalarındakı qüvvələrə çağırış edib. O, hərbi komandirlərin əmrlərinə əməl olunmasının vacibliyini vurğulayıb və heç kimin cavabında həddini aşmamalı, prinsiplərə sadiq qalmalı olduğunu bildirmişdir.
Prezidentin sözlərinə görə, sahilboyu münaqişə zonalarında yaşayan vətəndaşlar Suriya xalqının ayrılmaz hissəsidir və onların qorunması dövlətin borcudur. O, qarşılaşdıqları xəyanətlərə baxmayaraq, dövlətin vətəndaş sülhünün qarantı olaraq qalacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Əhməd əl-Şaraa silahlı şəxslərə müraciət edərək silahlarını təhvil verməyə və təslim olmağa çağırıb:
"Məqsədimiz məhv edilən ölkəni yenidən qurmaqdır. Sizin qanınızı tökməyə heç bir həvəsimiz yoxdur.”
Prezident bəzi qüvvələrin yeni Suriyanı sınağa çəkməyə çalışdığını qeyd edib və ölkənin bölünməzliyini vurğulayıb:
"Suriyanın tək bir vilayətinə zərər vurularsa, bütün digər vilayətlər onun müdafiəsinə qalxacaq. Hər hansı bir vilayət yüngül də olsa yaralansa, bütün xalq onun şərəf və ləyaqətini qorumaq üçün həmrəy olacaq."
O, Suriyanın şərqdən qərbə, şimaldan cənuba birləşmiş və vahid bir ölkə olaraq qalacağını bəyan edib.
Pərvin Hacıyeva
11:25 08.03.2025
Oxunuş sayı: 3115