İranın neft ixracı Pezeşkian hökuməti dövründə bir milyon barrel azalıb

Kepler İnstitutunun statistikasına görə, neft naziri Cavad Oucinin nazirliyinin son ayında İranın Çinə neft ixracı gündəlik 1,81 milyon barrel olub, fevralda isə 771 min barrelə qədər azalıb ki, bu da hasilatın gündəlik bir milyon bareldən çox azalması deməkdir.
İranın neft ixracı tendensiyası mərhum İbrahim Rəisi hökuməti dövründə pik həddə çatmışdı və neft tankerlərinin izlənməsi qurumlarının statistik məlumatlarına görə, bəzi aylarda ixracat hətta gündə 2 milyon barrelə çatırdı, lakin indi bu tendensiya azalmağa başlayıb.
Bundan əlavə, İranın İlam əyalətində milyardlarla barel həcmində yeni neft yatağı kəşf edilib. İranın Neft Kəşfiyyat İdarəsi tərəfindən verilən məlumata görə, neft yatağı təxminən 5000 metr dərinlikdə yerləşir.
09:07 08.03.2025
Oxunuş sayı: 2804