Kelin Corcesku yenidən Rumıniyada prezidentliyə namizəd oldu

Rumıniyada müstəqil namizəd kimi prezident seçkilərində iştirak edən Kelin Corcesku yenidən namizədliyini irəli sürüb.
Crossmedia.az bildirir ki, bu barədə Agerpress agentliyi məlumat yayıb.
Məlumata görə, K.Corcesku mayın 4-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Bürosuna qeydiyyatdan keçib. O, özünü müstəqil namizəd kimi təqdim etsə də, müxalifət partiyaları – Rumıniyanın Birliyi Alyansı və Gənclər Partiyası tərəfindən dəstəklənir.
Fatimə Məmmədova
21:35 07.03.2025
Oxunuş sayı: 4405