Papa Fransisk xəstəxanadan ilk dəfə müraciət etdi

Katolik kilsəsinin rəhbəri Papa Fransisk 21 gün əvvəl xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə dindarlara müraciət edib. O, audio mesaj vasitəsilə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
“Müqəddəs Pyotr meydanından sağlamlığım üçün etdiyiniz dualara görə sizə bütün qəlbimlə təşəkkür edirəm. Mən sizi buradan müşayiət edəcəm. Allah rəhm eləsin. Məryəm sizi qorusun, təşəkkür edirəm”, – deyə pontifik bildirib.
Qeyd edək ki, Vatikan Papa Fransiskin səhhətinin sabit olduğunu açıqlasa da, onun tam sağalma prosesi ilə bağlı əlavə məlumat verilməyib.
Fidan Xəlilova
15:02 07.03.2025
Oxunuş sayı: 2634