İsrailin regional narahatlığı: Türkiyənin Suriyadakı rolu və PKK-nın tərksilahı

ABŞ mətbuatı İsrailin Türkiyənin Suriyadakı artan təsirindən narahat olduğunu və bu səbəbdən Dəməşq hökumətini zəiflətməyə çalışdığını yazıb.
Crossmedia.az “Wall Street Journal”a istinadən xəbər verir ki, İsrail ordusu Suriyanın cənubunda daha çox ərazini hədəfə alır və Təl-Əviv Dəməşqdə mərkəzi hakimiyyəti zəiflətmək üçün beynəlxalq lobbiçilik aparır.
İsrail mediası isə terror təşkilatı PKK-nın tərksilah edilməsinin İsrailin regional maraqlarına təhdid yaratdığını iddia edir.
Təl-Əviv Suriyanın federal sistemə çevrilməsi və cənub sərhəd bölgələrinin silahsızlaşdırılması üçün böyük güclərlə təzyiq mexanizmləri qurmağa çalışır.
ABŞ-nin Təl-Əvivdəki keçmiş səfiri Daniel Şapiro xəbərdarlıq edib ki, İsrailin Suriyaya müdaxiləsi davam edərsə, bu, ölkənin daxili siyasətində ciddi təsirlər yarada bilər.
22:37 05.03.2025
Oxunuş sayı: 1353