Zelenski: Sülh planı yaxın zamanda hazır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün yeni plan hazırlandığını açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Sloveniyanın Baş naziri Robert Qolobla telefon danışığında bu mövzuda sürətlə işlədiklərini bildirib.
Zelenski vurğulayıb ki, Avropa müharibəni bitirmək və təhlükəsizliyi təmin etmək üçün vahid baxışa sahibdir. Hazırlanan sülh planı Ukrayna və ABŞ arasında gələcək danışıqlarda əsas müzakirə mövzularından biri olacaq.
21:56 05.03.2025
Oxunuş sayı: 1472