“Past”: Paşinyan 2026-cı il parlament seçkilərinə hazırlaşır

“Ermənistanda yaşayaraq, Ermənistanda yaşadığınızı heç vaxt unuda bilməzsiniz”.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
“Böyük həmkarlarımdan biri belə zarafat etməyi xoşlayırdı. O, həmçinin əlavə edirdi ki, hər hansı bir məqamda birdən-birə “unutsan”, onlar bunu sənə növbəti saniyədə xatırladacaqlar. Necə olmasının fərqi yoxdur, amma sənə xatırladacaqlar. Bu, xüsusilə indi, ona görə lazımdır ki, Nikol Paşinyan Baş nazir, onun rəhbərlik etdiyi partiya isə hakim partiya kimi Ermənistan daxili siyasi həyatı ilə yanaşı, aktiv vulkan üzərində yaşayır. Hər an hər şey ola bilər.
Hər şeyin 2026-cı ilə təyin edilmiş növbəti parlament seçkilərinə doğru getdiyi ilə bağlı proqnozlar var. Belə bir fikir var ki, Gümrü və Parakarda martın 30-na təyin edilmiş növbədənkənar yerli özünüidarəetmə (şura) seçkiləri vasitəsilə Paşinyan (digər qüvvələr də var) 2026-cı il parlament seçkilərinə hazırlaşır. Bunda müəyyən həqiqət var, ancaq çox qismən. Məsələ burasındadır ki, ən azı Paşinyan faktiki olaraq ümummilli seçkilərə hazırlaşmağa xeyli tez başlayıb. Gümrü və Parakar onun üçün sadəcə olaraq “aralıq sınaq” sayıla bilər. Bəs başqaları, xüsusən də müxalifət nə edir? Ermənistanı fəlakətlər girdabına salan Paşinyan və komandasına qarşı hansı yanaşmalar ola bilər?
Söhbət təbii ki, yerli özünüidarələrdən yox, indidən parlament seçkilərinə hazır olmaqdan gedir. Siyasi sahənin hansı prinsipləri, yanaşmaları və tezisləri rəhbər tutacağı da eyni dərəcədə vacib məsələdir”, - deyə nəşr bildirib.
Nəzrin Salmanova
17:35 05.03.2025
Oxunuş sayı: 3926