Ermənistan MN-in “UAZ Patriot”u, “Mercedes” və “Ford Transit” markalı avtomobilləri toqquşub


Martın 3-də Zəngəzur vilayətində avtomobil qəzası baş verib.
Saat 10:30 radələrində Gorus-İrəvan magistralının 8-ci kilometrliyində Zəngəzur vilayəti sakinləri 23 yaşlı A. Andranikin idarə etdiyi “Ford Transit”, 34 yaşlı B. Vrejin idarə etdiyi “Mercedes” və 51 yaşlı M. Armenin idarə etdiyi “UAZ Patriot” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində UAZ-ın sürücüsü və onun sərnişini, Zəngəzur vilayəti sakini, 33 yaşlı N. Narek Qarakilsə hərbi hospitalına, “Mercedes”in sürücüsü B. Vrej isə “Gorus” tibb mərkəzinə yerləşdirilib.
Crossmedia.az-ın məlumatına görə, “UAZ Patriot” Ermənistan Müdafiə Nazirliyinin balansındadır, sürücü və sərnişin Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edir.
14:15 05.03.2025
Oxunuş sayı: 3630