ABŞ və Ukrayna razılığa gəlir

ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı sazişin artıq bu gün imzalanacağı gözlənilir. Crossmedia.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ABŞ-nin Prezidenti Donald Tramp bu sazişin imzalanmasını Konqresə müraciəti zamanı elan etmək niyyətindədir. Onun çıxışı Kiyev vaxtı ilə təxminən saat 04:00-da başlayacaq.
“Reuters”in mənbəsi isə bildirib ki, vəziyyət hələ dəyişə bilər və sazişin imzalanması ilə bağlı yekun qərar tam müəyyənləşməyib.
Xumar Əhmədova
08:34 05.03.2025
Oxunuş sayı: 3892