İsrail Hizbullah komandirini öldürdüyünü iddia edir

İsrail ordusu Livanın Tir bölgəsinə təşkil etdiyi hücumda Hizbullahın yüksək rütbəli komandiri Heydər Haşimini öldürdüyünü iddia edib. Hücum pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İsrail hərbçiləri Haşimin Hizbullahın Radvan Qüvvələrinin dəniz bölməsinə rəhbərlik etdiyini və dəniz yolu ilə silah daşıdığını irəli sürüb. Onun İsrailə qarşı hücumlar planlaşdırdığı da iddia edilir.
Hizbullah hələlik Haşimin ölümü ilə bağlı rəsmi açıqlama verməyib. Atəşkəs rejiminə baxmayaraq, İsrailin Livana hücumlarını davam etdirməsi bölgədə gərginliyi daha da artırıb.
23:42 04.03.2025
Oxunuş sayı: 719