Trampın arzuları: İflas riski və Sinqapur perspektivi

Çinin The China Academy nəşri Sinqapurun keçmiş xarici işlər naziri Corc Yeonun Trampın siyasətini təhlil etdiyi müsahibəsini dərc edib.
"O, müharibəni sevmir. Bu, onun heç vaxt müharibəyə başlamayacağı demək deyil, lakin o, "ağ topa" malik deyil, bu da dünya üçün yaxşıdır. Amerika konsolidasiya olunur və onlar Monroe Doktrinasını yenidən formalaşdıra bilərlər, çünki yarımkürə çox böyükdür. Cənubi Amerikada bunu etmək çətindir – Braziliya, Venesuela, Kolumbiya kimi ölkələrə görə. Ancaq Tramp Şimali və Mərkəzi Amerikanı birləşdirməyə çalışır... Kanada və Meksikaya qarşı ilkin addımlar əslində bu ölkələri daha sıx əməkdaşlığa məcbur etmək üçün danışıqlardır. Sonra o, Meksika körfəzinin adını dəyişdirərək Amerika körfəzi adlandırdı. Düşünürəm ki, bu, onun daxili strategiyasını əks etdirir."
Crossmedia.az xəbər verir ki, Yeonun fikrincə, Tramp təhsili yaxşılaşdırmağa, narkotik asılılığını azaltmağa, ekstremizmin qarşısını almağa çalışır:
"Düşünürəm ki, onun dərin instinktləri Amerikanı yenidən dirçəltmək və gəncləşdirməkdir."
Lakin keçmiş nazirin fikrincə, bu, asan məsələ deyil:
"Bunun üçün 'Amerikanı yenidən möhtəşəm edək' şüarı ortaya çıxıb, lakin bu, çox çətindir. Mən bəzən Quanşu dövrünü xatırlayıram – o zaman 'Yüz Gün İslahatı' həyata keçirilmişdi və uğursuzluğa düçar olmuşdu, çünki bu cür radikal islahatları həyata keçirmək çox çətindir. Bəzi şeyləri etmək mümkündür – məsələn, USAID və digər proqramlar, bəlkə də daha yaxşı identifikasiya sistemləri. Amma sosial təminat, Medicare, müdafiə xərcləri – bunlar böyük büdcə maddələridir. Bəzi yerlərdə ixtisarlar etməklə yüz milyardlarla, bəlkə də bir trilyon dollar qənaət etmək olar, amma bu, tendensiyanı kökündən dəyişəcək bir şey deyil."
Yeonun fikrincə, Trampın "dərin dövlət"ə qarşı başladığı mübarizə ciddi risklər daşıyır:
"Dərin dövlətə hücum etmək çox təhlükəlidir, çünki onların bütün məlumatları, bütün sirləri var. O, müəyyən uğurlar əldə edəcək, lakin bu, olduqca mürəkkəb məsələdir. Bu iş üçün təkcə Donald Tramp kifayət etməyəcək."
Pərvin Hacıyeva
21:32 03.03.2025
Oxunuş sayı: 1226