Tramp Ukraynaya yardımı dayandırmağı düşünür

ABŞ Prezidenti Donald Tramp, bu gün bəzi məsləhətçiləri ilə görüş keçirərək Kiyev ilə bağlı addımlarını, o cümlədən hərbi yardımı azaltmaq məsələsini nəzərdən keçirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə New York Times qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, müzakirə ediləcək mövzular arasında Ukraynaya verilən hərbi yardımın dayandırılması və ya hətta tamamilə dayandırılması da yer ala bilər.Bu yardımlar arasında keçmiş prezident Co Bayden administrasiyası tərəfindən təsdiqlənmiş sursatlar və texniki avadanlıq da yer alır.
Pərvin Hacıyeva
20:33 03.03.2025
Oxunuş sayı: 1121